1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erik Ramos: "Qayıtmağı qarşıma məqsəd qoymuşdum"
"Mən qarşıma "Neftçi”yə dönmək məqsədini qoymuşdum. Köhnə klubumla maliyyə problemlərim vardı. "Neftçi”də bir az təcrübə qazanmışdım. Daha çox şey qazanmaq istəyi ilə qayıtdım”. Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"yə qayıdan Erik Ramos bildirib.
Paraqvaylı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında həm klubu, həm də Bakını bəyəndiyini və burada özünü yaxşı hiss etdiyindən, qayıtmaq istədiyini bildirib. O, komanda yoldaşları ilə münasibətləri haqqında da danışıb: "Futbolçularla yaxşı münasibətim var. Bəziləri ilə dostlaşmışıq. Başqa ölkəyə getdikdə oradakı uyğunlaşma, münasibətlər futbolda vacib amildir".
Ramos Azərbaycan Kubokunun finalında çıxış etmiş futbolçular haqda da rəy bildirib: "Bəzi aparıcı yerli futbolçularımızı itirdik. İndi yarış daha çətin olacaq. Çünki start heyətində 5 azərbaycanlı oynamalıdır. Təbii ki, bunu fikirləşmək yox, sadəcə, işləmək lazımdır. Həm Avroliqanın qrup mərhələsinə vəsiqə, həm də çempionluq şansımız var. Sadəcə, həmişəki kimi işləmək lazımdır. Ölkə kubokunun finalında çıxış etmiş gənc futbolçulardan bəziləri çox xoşuma gəldi. Onlar "Neftçi”nin gələcəyidirlər”.
27 yaşlı legioner gələcəkdə daha yaxşı oynamağa çalışacağını bildirib: "Mənə göstərdikləri diqqətə görə hamıya təşəkkür edirəm. Çalışacağam əlimdən gələni edəm ki, gələcəkdə daha yaxşı oynayım”.