1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Federasiya prezidenti istefadan danışdı
Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker baş məşqçi Niko Kovaçın istefaya göndərilməsindən danışıb. Sportnet.az-ın məlumatına görə, federasiya rəsmisi Bakıda və Osloda keçirilən qarşılaşmaların nə cür nəticələnəcəyini heç kimin bilməyəcəyini deyib.
O, nəticənin çox vacib olduğunu bildirib: "Avropa çempionatına vəsiqə qazanmaq və 1998-ci ildə Fransadakı tarixi təkrarlamaq istəyirik. İnanıram ki, bütün bu problemləri geridə qoyaraq yenidən Fransaya yollanacağıq. Hazırda qrup üçüncüsü olduğumuz üçün narahatam. İnanıram ki, biz doğru adamı tapacağıq ki, geridə qalan 2 oyunda 6 xal qazansın. Ancaq İtaliyada Norveçə məğlub olmamalıdır".
Xorvatiya yığması hazırda 15 xalla qrup 3-cüsüdür.
Qeyd edək ki, Xorvatiya millisi 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatında üçüncülük uğrunda yarışda Hollandiyaya 2:1 hesabı ilə qalib gəlib və bürünc medala sahib çıxıb.