Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç Almaniyanın Münxenqladbax şəhərinə yollanacaq. Sportnet.az-ın məlumatına görə, səfər millinin üzvü Tuğrul Eratın çıxışını izləmək məqsədi daşıyır.
T.Eratın çıxış etdiyi "Borussiya-2" (Münxenqladbax) sentyabrın 26-da "Fortuna-2" (Düsseldorf) ilə qaşrılaşacaq. Baş məşqçinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Krasnodar" (Rusiya) – "Qəbələ" oyununu izləyəcək.