
Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatu FİFA prezidenti səlahiyyətlərini müvəqqəti icra edə bilər. Sportnet.az-ın məlumatına görə, Hayatu ali futbol qurumunun ən yaşlı vitse-prezidentidir.
O, hazırkı prezident Yozef Blatterə ən yaxın şəxslərdəndir. 69 yaşlı funksionerin İsveçrədə Blatterə qaldırılmış cinayət işi ilə əlaqədar FİFA-da idarəçiliyi öz üzərinə götürəcəyi ehtimal olunur. Hayatu 1988-ci ildən çalışdığı qurumun İcraiyyə Komitəsinə 1990-cı ildə seçilib.
Qeyd edək ki, FİFA prezidenti seçkisi 26 fevral 2016-cı ildə olacaq.

















































































