
Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın Bakıda Belçika "Anderlext"i ilə keçirəcəyi oyuna 5000 bilet satılıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bilet satışı əsasən səhər və axşam saatlarında daha da intensivləşir.
Artıq Belçika təmsilçisinin Bakıya gələcəyi vaxt da müəyyənləşib. Qonaq komanda sentyabrın 30-da günorta saatlarında paytaxtda olacaq. Sabah həm "Qarabağ", həm də "Anderlext"in baş məşqçisinin iştirakı ilə mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 22:00-da start götürəcək.









































































