1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Juninyo digərlərini üstələyir"
"Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Sumqayıt"ı 3:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
49 yaşlı mütəxəssisin fikrincə, ilk qoldan sonra komandası daha yaxşı futbol sərgiləyib: "Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır".
3 xala layiq futbol sərgilədiklərini deyən Diniyev nəticənin ədalətli olduğu qənaətinə gəlib: "Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir".