1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Premyer Liqanın 3 klubunu cəzalandırdı
AFFA-nın İntizam Komitəsi "Kəpəz", "Rəvan" və "Qəbələ" klublarını cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, cəzalar Azərbaycan Premyer Liqasının VIII turunda baş verənlərlə bağlıdır.
"Rəvan" – "Kəpəz" matçında qonaların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyun ərzində "Rəvan"ın futbolçuları Kənan Manafov, Novruz Məmmədov və Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 1 oyun cəzalanıb, klub isə hər cəzaya görə 200 manat ödəməli olacaq.
"Neftçi" – "Qəbələ" matçında isə "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Ölkə Kubokunun ilkin təsnifat mərhələsində MOİK – "Turan Tovuz" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 50-ci dəqiqəsində Tovuz təmsilçisinin heyətində Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb, klubu isə 20 manat cərimə edilib.