
"İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Neftçi" ilə sülh bağlayan (1:1) komandanın baş məşqçisi oyun haqda bunları bildirib: "Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm. Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq".










































































