
"Ağır bir oyun oldu. "Qarabağ"ı xırdalamağa ehtiyac yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"la səfər oyunundan (1:0) danışan baş məşqçi bunları bildirib: "Şadam ki, "Qarabağ”a qarşı sona kimi mübarizə apardıq. Bundan sonra qazanacağımız bir qələbə bizi irəli aparacaq. Futbolçularda hazırda özünəinam hissi yoxdur. Futbolçuları çətin vəziyyətdən çıxarmaq üçün zaman lazımdı. Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq. Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək”.








































































