"Qəbələ"nin futbolçusu Sergey Zenyovun Sportnet.az-a müsahibəsi
- Qarşıda Almaniya "Borussiya"sı (Dortmund) ilə oyun var. Bu barədə nə deyə bilərsiniz?
- "Borussiya" çox yaxşı formadadır. Son 3 oyunda xeyli qol vurub, uduzmayıb. Məncə, heç bir komandaya "Borussiya" kimi güclü rəqiblə oynamaq asan olmaz.
- Bakıdakı qarşılaşma ilə müqayisədə "Borussiya"nın gücləndiyi qənaətindəsiniz?
- Yəqin ki. İndi daha yaxşı formadadırlar.
- Henrix Mxitaryan Dortmundda meydana çıxacaq. Bu sizə necə təsir göstərə bilər?
- Mxitaryan yaxşı, keyfiyyətli oyunçudur. Amma nəyə qadir olduğunu oyun zamanı görəcəyik. Ümumiyyətlə, "Borussiya"da təkcə o yox, 20-22 səviyyəli oyunçu var.
- Amma "Qəbələ"nin oyunlarında geriləmə müşahidə olunur...
- Oyunlarımız çətin alınır. Qol vurmaqda çətinliklə üzləşirik. Böyük ərazi üstünlüyünə malik olsaq da, son nöqtəni qoya bilmirik. Deyə bilmərəm bu, sıx qrafiklə əlaqədardır, yoxsa... Gələn həftədən yığmanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Ümid edirəm ki, fasilədən lazımınca yararlana biləcəyik.
- Hücumçu kimi funksiyanız qol vurmaq olsa da, son oyunlarda fərqlənə bilmirsiniz. Bu, nə ilə əlaqədardır?
- Qol imkanı hamımızda olur. Kimimiz vura bilirik, kimimiz yox.