
"İlk hissədə "Qarabağ", ikinci hissədə isə biz güclü oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu "Monako" klubunun baş məşqçisi Leonordo Jardim "Qarabağ"la keçirilən 1:1 hesablı oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, komandasnın əsas düşüncəsi maçtı qazanmaq idi: "Ancaq 1:1 hesabı da pis nəticə deyil".






































































