
Avropa Liqasında sürpriz nəticə qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu H qrupunda Albaniya "Skenderbeu"su ilə Portuqaliya "Sportinq"i arasında keçirilmiş oyunda baş verib.
Qarşılaşma Albaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlısı ondadır ki, məğlub olan komandanın büdcəsi "Skenderbeu"dan təxminən 27 dəfə çoxdur.
Albaniya təmsilçisi 6 milyon avroluq büdcəyə sahibdirsə, portuqaliyalıların büdcəsi 168 milyon avrodur.







































































