
Əvəzedici heyətlərin XII turunda "Neftçi" və "Rəvan" komandaları arasında keçiriləcək matçın hakimi dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, köməkçi hakim Vüsal Qənbərov əvəzinə oyuna Roman Vasilyev təyin olunub.
Buna səbəb isə Qənbərovun səhhətində problem yaranmasıdır.
Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Rəvan" oyunu saat 15:00-da başlayacaq.






































































