
UEFA Avropa Liqasının qrup mərhələsinin "Beşiktaş" və Rusiyanın "Lokomotiv" klubları arasında Türkiyədə keçirilmiş oyunda baş verənlərə görə hər iki klubu cəzlandıracaq. Sportnet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, buna səbəb qonaq komandanın azarkeşləri və meydan sahibi klubun təşkilatçılığıdır.
Qurumun İntizam Komitəsinin bu gün açıqladığı qərara əsasən İstanbul klubu təhlükəsizlik, təşkilaçtılıq və UEFA-nın intizam qaydalarının pozulması, "Lokomotiv" isə azarkeşlərin düzgün təlimatlandırılmaması və nəzarətsizliyinə görə cəzaya məruz qala bilər.
Tərəflərin işinə komitənin noyabrın 19-da keçirəcəyi iclasda baxılacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatmış oyunda qonaq azarkeşlər meydana girməyə çalışıb. Yerli polislər hadisəyə müdaxilə ediblər. Nəticədə tərəflər arasında insident yaşanıb.




































































