
Bu gün qol.az saytının fəaliyyətə başlamasından 7 il ötür. Sportnet.az-ın məlumatına görə, 2008-ci il noyabrın 17-dən oxucularla görüşə gələn sayt qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
qol.az bu müddətdə ölkənin ən çox oxunan idman portallarından birinə çevrilib. Sayt 2013-cü ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Portal Azərbaycan və dünya idmanı, xüsusilə də futbol haqda son xəbərlər yayımlamaqdadır. Gün ərzində on minlərlə oxucu xəbər əldə etmək üçün məhz qol.az-ı seçir.
Sportnet.az qol.az saytında çalışan həmkarlarımızı təbrik edir və onlara yeni-yeni yaradıcılıq uğurları arzulayır.