
Hazırda davam edən Avropa Lİqasının I təsnifat mərhələsinin "Qəbələ" - "Şiroki Briyeq" matçında meydan sahiblərinin 2-ci qolu buraxması fanatları cavab addıma sövq edib. Sportnet.az-ın oyuna ezam olunan əməkdaşının məlumatına görə, fanatlar kütləvi şəkildə tribunaları tərk etməyə başlayıblar.
Qeyd edək ki, görüşdə hər qolu qonaqların braziliyalı legioneri Vaqner vurub.