1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Açıq futbol işimizi rahatlaşdırdı"
"Çox vacib 3 xal qazandıq. Oyun bizim üçün ağır keçdi, rəqib yaxşı müdafiə olundu". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.
O bildirib ki, matçın son 15 dəqiqəsində sərgilənən açıq futbol komandasının işini bir qədər rahatlaşdırıb: "Düşünürəm ki, Şahin müəllim çox yaxşı oyun qurmuşdu. Ümumiyyətlə, son vaxtlar "Kəpəz” öz oyunu ilə rəqiblərə çətinlik yaradır, onlara uğurlar arzu edirəm".
Qurbanov Samuel Armenterosun yoxlama matçında topuğundan zədə alması səbəbindən "Kəpəz"lə matçı buraxdığını bildirib. O, həm Armenteros, həm də kapitan Rəşad Sadıqovun İngiltərə "Tottenhem"i ilə noyabrın 26-da Bakıda keçirəcəkləri Avropa Liqasının V tur matçınadək hazır olacağına ümid etdiyini bildirib: "Armenterosun ümumi durumu yaxşıdır və sabahdan komanda ilə məşqlərə başlayacaq. Rəşad Sadıqov isə fərdi məşqlərə start verib, ümid edirəm ki, "Tottenhem”lə oyuna qədər hazır olacaq”.