Moldovanın "Tiraspol" klubunun yarımmüdafiəçisi Viktor Bulat Bakının "İnter" klubuna qarşı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışıb. Sportnet.az-ın Moldova mətbuatına istinadən məlumatına görə, komandaların təkrar oyuna şanslarını dəyərləndirən futbolçu diplomatik cavabla kifayətlənib.
- Qapımıza qolları özümüz gətirdik. Daha diqqətli oynamaq lazım idi. Əgər diqqətlisənsə, hər şey alınır.
- Nəyə görə yalnız 3 top buraxdıqdan sonra hücum etməyə və qol epizodları yaratmağa başladınız?
- Başqa çarəmiz yox idi. İrəliyə atılıb, buraxdığımız qolların əvəzini çıxmalı idik.
- Oyuna görə demək olarmı ki, "İnter" daha güclü idi?
- Hesab edirəm ki, komandalar bərabərsəviyyəli idilər. "İnter"in daha güclü və ya zəif olması hiss olunmurdu.
- Təkrar oyuna "Tiraspol"un şanslarını necə dəyərləndirərsiniz?
- Düşünürəm ki, şanslar bərabərdir.
- Avrokubok mövsümünü ilk mərhələdə bitirmək üzücü olardı?
- Əlbəttə! Bir il buna doğru irəlilə, yürüşün əvvəlində də yarışı bitir.
- Oyundan sonra məşqçi nə dedi?
- O, dedi ki, qapımıza qolları özümüz gətirdik. Düşünürəm ki, təkrar oyunda daha diqqətli olacağıq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |