
Futbol üzrə İspaniya çempionatının qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 38-ci turda bütün diqqətlər "Barselona" - "Atletiko" matçına yönəlib.
Çempionluq üçün "Barsa"ya yalnız qələbə, qonaqlara isə heç-heçə də yetərli olub. Kataloniya təmsilçisi 33-cü dəqiqədə Aleksis Sançesin qolu ilə hesabda önə keçib. Lakin 49-cu dəqiqədə Dieqo Qodin bərabərlik qolunu vurub - 1:1. Oyunun ilk yarısında qonaq komandanın aparıcı futbolçuları Dieqo Kosta ilə Arda Turan zədələnərək, meydanı tərk etməli olublar.
Beləliklə, "Azerbaijan Land of Fair" formalı "Atletiko" xallarını 90-a çatdıraraq, tarixində 10-cu dəfə və 18 ildən sonra İspaniya çempionu olub. Gümüş və bürünc medallar isə hərəyə 87 xala malik "Barselona" ilə "Real Madrid"ə qismət olub. Hər 3 klub, eləcə də 69 xalla 4-cü yeri tutan "Atletiko" Çempionlar Liqasına, "Sevilya", "Real Sosyedad" və "Vilyarreal" Avropa Liqasına vəsiqə qazanıb. "Osasuna", "Valyadolid" və "Betis" isə aşağı liqaya enib.