Rəqibin xüsusi təqdimata ehtiyacı olmadığını bildirən Hacıyev rəqibdən çəkinmədiklrini vurğulayıb. O, ukraynalıların əsas heyətlə mübarizə apardığını da qabartmağı unutmayıb: "Dinamo" (Kiyev) Avropanın adlı-sanlı klublarından biridir. Biz hələ Bakıda və ondan sonra Boludakı təlim-məşq toplanışında olarkən klub rəhbərliyi bildirmişdi ki, "Dinamo” (Kiyev) ilə oyunumuz nəzərdə tutulub. Sanki, rəsmi oyunmuş kimi meydançada çox amansız mübarizə getsə də, futbolçular bir-birinə hörmətlə yanaşdılar. Bolu toplanışından sonra belə rəqiblə oyunda komandanın fiziki durumunun nə yerdə olduğunu bilmək çox önəmli idi. Bu baxımdan məmnun qaldım".
Hacıyev "Dinamo" ilə matçda dəfəlrlə yüz faizli qol epizodları yaratdıqlarını və bunlardan ikisindən yararlandıqlarını qeyd edib: "Hesabda geri düşməsinə baxmayaraq komandamız məğlubiyyətlə barışmaq istəmədi və əzmkarlıq nümayiş etdirdi. Futbolçuların əzmkarlığından, əsasən də gənc yerli oyunçulardan razı qaldım. Yeni transfer Kaue də bu oyunda özünü yaxşı tərəfdən göstərdi, bununla belə komandaya uyğunlaşması davam edir. Qarşıda hələ bir neçə hazırlıq oyunumuz var. İyulun 17-də Avroliqada keçirəcəyimiz ilk matçadək optimal heyəti müəyyənləşdirməliyəm və bunun üzərində də iş gedir”.
Qeyd edək ki, "Neftçi" - "Dinamo" (Kiyev) oyunu 2:2 hesabı ilə başa çatıb.