
Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" (İngiltərə) oyununa 5000 bilet satılıb. Bu barədə Sportnet.az-a klubdan məlumat verilib.
Bu günorta saatlarına qədər olan göstəricidir. Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1, 2, 5 və 10 manatdır. Oyunu VİP sektordan izləmək istəyənlər isə 50 manat ödəməlidir.
Qeyd edək ki, noyabrın 26-sında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.










































































