1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Nəyin bahasına olursa-olsun..."
Azərbaycan Premyer Liqasının XIV turunda Gəncədə "İnter”i qəbul edəcək "Kəpəz" oyuna ciddi hazırlaşıb və heyətdəki futbolçular matçın əhəmiyyətini yaxşı başa düşürlər. Sportnet.az-ın məlumatına görə, bunu kapazpfc.az saytına açıqlamasında Gəncə təmsilçisinin futbolçusu Tural Nərimanov bildirib.
O, noyabrın 27-də keçirəcəkləri matçda mütləq qalib gəlmələrinin gərəkliyini vurğulayıb: "Ötən tur xal itirdik, ona görə çalışacağıq ki, qarşıdakı oyunda bunu sığortalayaq. Qələbə turnir cədvəlində yerimizi yaxşılaşdıra bilər. Daha üst pillələrə çıxa bilərik. Sabahkı oyun bizim üçün çox önəmlidir. Nəyin bahasına olursa-olsun qələbə qazanmalıyıq. İnanıram ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik”.
Təcrübəli müdafiəçi ötən tur "Qarabağ”a qarşı görüşə start heyətində çıxaraq, sonadək meydanda olub. Nərimanov "İnter”lə görüşdə də məşqçilər korpusundan şans gözləyir: "Sonuncu matçımızda baş məşqçimiz mənə oynamaq şansı verdi. Xeyli müddət idi ki, oynamırdım. Şahin Diniyev yenə şans versə, meydanda əlimdən gələni edəcəyəm ki, komandamız qalib gəlsin. Əslində kimin oynamasının fərqi yoxdur, əsas olan qələbə qazanmaqdı”.
Nərimanov azarkeşlərə də səslənib: "Gəncədə keçirdiyimiz ev oyunlarında tribunalar demək olar ki, dolu olur. Azarkeşlər bizi lazımınca dəstəkləyirlər. Düşünürəm ki, "İnter”lə oyunda da belə olacaq. "Kəpəz”i görüşün sonuna kimi dəstəkləyəcəklər. Fanatlar komandanı qələbəyə ruhlandırırlar, gücümüzə güc qatırlar”.
Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "İnter" matçı saat 14:00-da başlanacaq.