1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hüseynovdan yeni rekord
Azərbaycan Premyer Liqasının XIV turunun "Zirə" ilə oyunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun 200-cü qarşılaşması olub. Sportnet.az-ın məlumatına görə, məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında "Karvan"ı 152, "Standard"ı 13, "Xəzər Lənkəran"ı 35 qarşılaşmaya çıxarıb.
Bu görüşlərdə onun yetirmələri 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzub. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb. Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi – mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-də çox matçda "sükan arxasında" olublar.