"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın azarkeşləri ilə görüşüb. Sportnet.az-ın "Red Black Army" azarkeş qrupunun "Facebook" səhifəsinə istinadən məlumatına görə, azarkeşlər hazırkı vəziyyətdən narazı olduqlarını və tezliklə qara zolaqdan çıxmağı tələb ediblər.
Qriqorçuk isə görüş zamanı məyus olduğunu bildirib. Qeyd edib ki, Avropa Liqasında Almaniya "Borussiya"sı (Dortmun) ilə oyundan başqa digər ev qarşılaşmalarında itirilən xallar bəxtsizliyin və öz günahlarının nəticəsidir.
Baş məşqçi yenidən azarkeşləri öz oyunları ilə stadionlara toplayacağını, qısa müddətdə toparlanmaq əvvəlki "Qəbələ" olmaq sözünü verib.