1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Bakı Olimpiya Stadionunda
"Qəbələ” Avropa Liqasının qrup mərhələsində Rusiya "Krasnodar"ı ilə keçirəcəyi VI turun oyununa hazırlıqlara start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının XV turunda "Xəzər Lənkəran”ı səfərdə 1:0 hesabı ilə yendikdən sonra "qırmızı-qaralar" məşqlərinə fasilə verməyib.
Komanda hazırlıqlarını Bakıda davam etdirir. Ötən gün futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün "qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. "Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı "Bakcell Arena”da keçirəcək.
Qeyd edək ki, qrupda son oyununa çıxacaq komandanın "Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr
C qrupu
22:05. "Qəbələ” – "Krasnodar” (Rusiya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Kristian Balay, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Ovidiu Artene (Rumıniya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
Bakı. "Bakcell Arena” stadionu