
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda keçiriləcək "Qəbələ" - "Krasnodar" (Rusiya) maçtı üçün nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı və açıq məşqlərin vaxtı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, görüşün baş tutacağı "Bakcell Arena" ilk olaraq qonaqların ixtiyarında olacaq.
Saat 18:30-da Rusiya təmsilçisinin baş məşqçisi Oleq Kononov və hücumçu Fransişku Vanderson jurnalistlərin suallarını cavablandıracaq. "Krasnodar"ın açıq məşqi saat 19:00-a planlaşdırılıb.
"Qəbələ"nin mətbuat konfransı 19:45-də olacaq. Baş məşqçi Roman Qriqorçuk bir futbolçu ilə media mənsublarının önünə çıxacaq. "Qırmızı-qaralar" oyunöncəsi son məşqini 20:30-da edəcək.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da start götürəcək.






































































