Avropa Liqasının qrup mərhələsinin son turunda Türkiyədə keçiriləcək "Fənərbağça" - "Seltik" matçından öncə şotlandiyalı və yerli azarkeşlər arasında insident yaşanıb. Sportnet.az-ın məlumatına görə, insident İstanbulun Taksim meydanında baş verib.
Bir qrup şotlandiyalı azarkeşlər Taksim meydanı yaxınlığında əylənməyə başlayıb. Bu zaman ərazidə olan yerli azarkeşlərlə mübahisə yaşanıb. Polisin müdaxiləsi nəticəsində azarkeşlər arasında dava baş verməyib.
50-yə yaxın qonaq azarkeş polis müdaxiləsindən sonra meydandan uzaqlaşıblar.