Türkiyənin "Türk Hava Yolları" avia şirkəti Fransada keçiriləcək AVRO-2016-nın sponsoru olub. Sportnet.az-ın məlumatına görə, artıq UEFA ilə sponsorluq müqaviləsi imzalanıb.
Şirkətin İcraiyyə Komitəsinin sədri İlker Aycı açıqlamasında bir çox klub və qurumlardan da sponsorluq təklifləri aldıqlarını bildirib. O, açılış oyununun Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin də söylədiyi kimi ev sahibi Fransaya qaşrı keçirilməsini istədiklərini deyib: "Seçmə qrup mərhələsinin bitməsinə 2 oyun qalmış UEFA ilə sponsorluq müqaviləsi imzaladıq. O vaxt hələ Türkiyə millisi final mərhələsinə vəsiqəni təmin etməmişdi".
İ.Aycı bildirib ki, şirkətə məxsus təyyarələr çempionat ərzində Türkiyə milli komandasının da ixtiyarına veriləcək.
Qeyd edək ki, AVRO-2016-nın sponsorlarından biri də SOCAR-dır
Qeyd edək ki, AVRO-2016-nın sponsorlarından biri də SOCAR-dır