"Bugünkü matç maraqlı, bol qollu oldu. 3 qolu rəqibə hədiyyə etdik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"la keçirilmiş ev oyunundan sonra "İnter"in futbolçusu Elnur Abdullayev deyib.
23 yaşlı yarımmüdafiəçi 2:3 hesabı məğlubiyyətə baxmayaraq irəli baxmağın lazım olduğunu bildirib: "Futbolçulara çamadan əhval-ruhiyyəsinin olduğunu deməzdim. Oyuna ilk yarıda köklənmə zəif idi. Fasilədən sonra özünə gəldi. 3-4 mövqeyə oyunçu lazımdır. Xüsusən hücum xəttinə".
Qeyd edək ki, "İnter"in ikinci qolunun müəllifi Elnur Abdullayev olub.