"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. "Neftçi" layiq olduğu qələbəni qazandı". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Premyer Liqanın XVI turunda "Neftçi" ilə keçirilmiş ev oyunundan sonra Qriqorçuk bunları bildirib: "Futbolçularım hücuma keçmək istəyirdilər, amma nəsə alınmırdı. Komanda ikinci dövrədə cəmi 1 qələbə qazanıb, bunu bilirəm. Biz yaxşı futbol sərgiləsək də, nəticə qazana bilmirik. Öncəki turlarda qol vura bilməsək də, aqressiv idik. Amma bu oyun belə deyildi, aqressivlik çatmadı".
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü 0:1 hesabı ilə başa çatıb.