Topaz Premyer Liqasının 2013/14 mövsümünün son oyunu olan "Xəzər Lənkəran" - "Qarabağ" matçından sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın "apasport"a istinadən məlumatına görə, qurum rəhbəri bir sıra maraqlı məqamlara toxunub.
- Çemionatın gedişinə uyğun olaraq ilk "üçlük” ədalətli idi?
- Yadınızdadısa, "Qarabağ" çempionluğu təmin etdikdən sonra demişdim ki, Rövnəq Abdullayev AFFA-ya rəhbər gəldikdən sonra bütün komandalar qanuni və layiqli yerlərini tutublar.
- Rövnəq Abdullayevin mükafatlındırma mərasimində iştirak etməməsinin səbəbi nədi?
- Rövnəq müəllim tək futbolla məşğul deyil və tutduğu başqa vəzifə də var. İşlə əlaqədar olaraq gələ bilmədi. Ancaq medal verilməzdən əvvəl zəng edib, vəziyyəti soruşdu.
- "Rəvan" artıq Premyer Liqa ilə vidalaşdı, yoxsa hələ bilinmir?
- Bugünkü reqlamentə görə, "Rəvan" Premyer Liqanı tərk etdi. Son turdan əvvəl "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyevlə görüşümüz oldu. Bəhruz müəllim bildirdi ki, biz Premyer Liqanı tərk etsək belə, həvəsdən düşməyəcəyik və yenidən özümüzü toparlayıb 1-ci diviziondan elitaya qalxacayıq.
- Son açıqlamanızda Premyer Liqada 12 komandanın olmasının tərəfdarı olduğunuzu bildirmişdiniz...
- Bəs bu klublara lisenziya verilməsi necə həll olunacaq?
- Sizin arzunuzdan Rövnəq Abdullayevin xəbəri var?
- Mənim arzumdan bütün futbol ictimaiyyətinin xəbəri var.
- "Rəvan"ın elitada qalıb-qalmaması dəqiq nə vaxt bilinəcək?
- Yox, bu aydın məsələdi ki, "Rəvan" getdi. Bu gün üçün reqlamentdə dəyişiklik gözlənilmir. Mən yenə təkrar edirəm ki, əgər normal sponsor tapılsa, 12, 14 komanda da ola bilər.
- "Mil-Muğan"la "Qaradağ Lökbatan"ın da elitaya gəlməsi ilə bağlı söhbətlər var...
- "Qaradağ Lökbatan" lisenziya ala bilmədi. Ancaq "Mil-Muğan"ı eşitməmişəm.
- "Qarabağ"ın çempionluğunu və ümumi çempionata baxışınızı bilmək istərdik...
- Bu gün üçün bizi qane edir. Ancaq avrokuboklarda klublarımızın oyunu çempionatımızın hansı səviyyədə olduğunu göstərəcək.
- Növbəti mövsüm üçün sponsor məsələsi həll edilib? "Topaz" sizinlə əməkdaşlığı davam etdirmək istədiyini bildirmişdi...
- Sponsorluq məsələsində "Topaz" da maraqlıdı, başqa şirkətlər də maraqlıdı. Bundan başqa yayım məsələsi də qalıb.