Rusiyanın "Rubin" (Kazan) klubu rumıniyalı mütəxəssis George Hacı ilə işləmək niyyətindədir. Sportnet.az-ın Rumıniyanın "Gazetei Sporturilor" qəzetinə istinadən verdiyi məlumata görə, Kazan təmsilçisi 50 yaşlı mütəxəssisə təklif göndərmək istəyir.
Təklif üçün qiymət paketi də hazırlanıb. Rusiya klubu Hacıya illik 4 milyon avro təklif edəcək.
Qeyd edək ki, rumıniyalı mütəxəssis 2014-cü ildən ölkəsində "Viitorul" klubunu çalışdırır.