1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Samir Abasov: "Bir neçə oyunçumuz tam hazır deyil"
"Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, ""Qarabağ"la matçda təzyiq etsək, rahat olar". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Gənc mütəxəssis Premyer Liqanın XVII turunda "Qarabağ"la səfərdə keçirilmiş oyundan (2:2) sonrakı mətbuat konfransında bunları deyib: "Biz bundan öncə "İnter”ə qarşı ağır oyun keçirmişdik, çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, "Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir".