
"Biz çempionatın lider komandalarından birinə qarşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov evdə "Qəbələ”ni 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
Gənc mütəxəssis rəqibi və öz oyunçularını tərifləyib: "Qəbələ" yarışın güclü iştirakçısıdır. Rəqibin oyunlarını izləmişdik. Düzdür, "qırmızı-qaralar" son oyunlarda xallar itirib, bütün bunlara baxmayaraq, "Qəbələ”nin gücü göz önündədir. Futbolçularımız oyun ərzində verilən tapşırıqları yerinə yetirdilər və qələbə qazandıq. "Qəbələ” oyunboyu hücum etməyi sevir, biz isə ikinci hissədə cinahları işə saldıq. 30 nəfərdən ibarət futbolçu heyətimiz var, daima dəyişikliklər edirik. Odur ki, hələ yeni futbolçu barədə düşünmürük. Amma istənilən komandaya daha güclü oynaması üçün daha güclü oyunçular lazımdır”.







































































