"Həmişə futbolçulara demişəm ki, komandaları reytinqlərə bölmək lazım deyil. Əsas işimiz oyuna köklənmək olmalıdır. Görünür ki, biz hələ bunun üzərində işləməliyik. ". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Təcrübəli mütəxəssis Premyer Liqanın XVII turunda evdə AZAL-la oyuna qeydə alınan minimal hesablı məğlubiyyəti belə şərh edib: "AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu komandanın öz oyun üslübu var. Bu rəqibin ünvanına "küçə komandası” kimin dediyini bilmirəm. Küçə komandasının Premyer Liqada nə işi var? Mənim Tərlan Əhmədovdan incikliyim yoxdur, ona əl uzatdım. Öz futbolçularıma qarşı əsəbi idim. Özümü çox pis hiss edirdim, dərman qəbul etməli idim. Vəziyyəti başqa dona salmaq lazım deyil”.