
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVIII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" səfərdə "Qarabağ"a minimal hesabla qalib gəlib.
"Neftçi" isə Gəncədə "Kəpəz"lə qolsuz heç-heçəyə razılaşıb.
"Sumqayıt" - "Rəvan" - 2:1
Qollar: Şahin Əliyev, 61;77 - Kənan Manafov, 17
"Qarabağ" - "Qəbələ" - 0:1
Qol: Ehtiram Şahverdiyev, 28
"İnter" - "Xəzər Lənkəran"- 3:0
Qollar: İlkin Sadıqov, 46; 84. Əlimirzə Daşzərini, 90+3
AZAL 1-0 "Zirə"
Qol: İlqar Babayev, 57
"Kəpəz" - "Neftçi" - 0:0







































































