Yeni mövsümün hazırlığı üçün ilk olaraq Türkiyənin Ərzurum
vilayətində toplaşan "Xəzər Lənkəran” klubu hazırlığın ilk mərhələsini başa
vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-yaşıllılar”
iyulun 6-da hazırlığın ikinci mərhələsi üçün məskunlaşdığı oteli tərk edib.
Əyalət təmsilçisi Ərzurum-İstanbul-Zaqreb aviareysi ilə Xorvatiyaya
yetişib, oradan avtobusla Sloveniyaya yola düşərək Toplise yaxınlığındakı 5
ulduzlu "Livada Prestij” otelində məskunlaşacaq. Hazırlığının ilk mərhələsində,
Ərzurum toplanışında əsasən fiziki hazırlıq üzərində çalışan komanda Sloveniyada
taktiki hazırlığa daha çox önəm verəcək və 4 yoxlama oyununa çıxacaq.
Qeyd edək ki, Sloveniya toplanışının iyulun 29-na qədər davam etməsi
planlaşdırılıb.