
Premyer Liqada yaranmış fasilədən istifadə edən "Xəzər Lənkəran" Bakıda toplaşacaq. Sportnet.az-ın məlumatına görə, "ağ-yaşıllar" ilk olaraq tibbi müayinədən keçəcəklər.
Komanda üzvləri yanvarın 4-də bir araya gələcək.
"Xəzər Lənkəran"ın qış planlarına isə yaxın günlərdə aydınlıq gələcək.







































































