
"Xəzər Lənkəran"baş məşqçi Yunis Hüseynovla yola davam edəcək. Bu barədə Sportnet.az-a klubdan məlumat verilib.
Bildirilib ki, artıq rəhbərliklə görüşdən sonra Hüseynovun komandanın baş məşqçisi postunda qalmasına qərar verilib.
Qeyd edək ki, Yunis Hüseynov cari ilin yayından "Xəzər Lənkəran"ı çalışdırır.








































































