
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov "Sumqayıt"la anlaşıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə klubun baş meneceri Ceyhun Sultanov açıqlama verib.
O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunub. Son dəqiqəyə qədər hansısa problem çıxmasa, tərəflər arasında 6 aylıq müqavilə imzalanacaq.
Qeyd edək ki, Vaqif Cavadovun sonuncu klubu "Qəbələ" olub. İlk məlumatı Sportal.az saytı yayıb.







































































