"Sumqayıt" rəhbərliyi futbolçu Tural Rzayevlə bağlı Türkiyənin "Mersin İdman Yurdu" klubundan rəsmi təklif aldığını təsdiqləyib. Klubdan Sportnet.az-a verilən məlumata görə, Mersin təmsilçisindən həqiqətən də müvafiq sənəd daxil olub.
Öz növbəsində "gənclik şəhəri" təmsilçisi gənc hücumçunu pulsuz buraxmağa hazır olduqlarını bildirib. Baxmayaraq ki, Rzayevin klubla hələ 2 illik müqaviləsi var.
Qeyd edək ki, "Mersin İdman Yurdu"nun baş məşqçisi Bülent Korkmaz Qara Qarayevin klubu "Qarabağ"a da rəsmi təklif ünvanladıqlarını açıqlayıb. Lakin Ağdam klubunun mətbuat xidmətindən belə bir müraciətin daxil olmadığı bildirilib.