
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ermənistan klubunun oyununa təyinat alıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Astana" - "Pünik" matçında hakimlərin işinə qiymət verəcək.
Matç iyulun 10-da Qazaxıstan paytaxtındakı "Astana Arena"da baş tutacaq. Hələlik hakimlər açıqlanmayıb.