Azərbaycanı
Avropa Liqasında təmsil edən "İnter"in I təsnifat mərhələsindəki rəqibi
"Tiraspol" iyulun 9-u Bakıda olacaq. Sportnet.az-ın məlumatına görə,
Moldova təmsilçisi ölkəmizə Kişinyov - İstanbul - Bakı reysi ilə gələcək.
Həmin gün saat 21:00-da Vlad Qoyanın başçılıq etdiyi komanda "Şəfa" stadionunda oyunöncəsi məşqə çıxacaq. Kaxaber Tsxadadzenin 1 oyunluq cəzası qaldığından o, mətbuat konfransı təşkil etməyəcək. Qonaqların baş məşqçisinin oyundan əvvəl media əhli önünə çıxıb-çıxmayacağı isə hələ məlum deyil.
UEFA-nın ilk mərhələdə oyunöncəsi mətbuat konfransının keçirilməsi ilə bağlı heç bir tələbi olmadığından meydan sahibləri bu işdə sərbəstdirlər.
Qeyd edək ki, "İnter" - "Tiraspol" matçı iyulun 10-u saat 21:00-da başlayacaq. Moldovada keçirilən ilk görüşdə "bankirlər" 3:2 hesablı qələbə qazanıb.