1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Nəticəyə görə məyusam"
Bolqarıstanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Viktorio Pavlov FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə Azərbaycan millisinə 0:2 hesabı ilə uduzduqları matç barədə danışıb. Sportnet.az-ın məlumatına görə, Pavlov oyunun ümumilikdə maraqlı keçdiyini bildirib.
Onun fikrincə, komandası birinci hissədə biz daha yaxşı təsir bağışlayıb: "Amma fasilədən sonra fiziki cəhətdən çatdırmadıq. Buna görə də Azərbaycan millisi ikinci hissədə daha yaxşı oynadı. Nəticəyə görə məyusam. Amma məni daha çox komandamın ikinci hissədəki zəif çıxışı narahat edir. Həm bizim, həm də Azərbaycan yığmasının futbolçuları digər komandalardan 1 yaş kiçik olsa da, taktiki cəhətdən rəqiblərdən geri qalmırıq”.
Qeyd edək ki, ilk 2 turdan sonra xalsız olan Bolqarıstan yığması C qrupunda sonuncu yeri tutur.