1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən "Sürix"ə 4 qol - YENİLƏNDİ
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” İsveçrənin "Sürix” klubu ilə üz-üzə gəlib.
Baş məşqçi Roman Qriqorçuk start heyətdə Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Sergey Zenyov, Ermin Zets və Dodo "11-liy"inə şans verib.
Aleksandr Kerjakov kimi tanınmış futbolçunu ehtiyatda saxlayan Sami Hyuyupya isə meydana Yannik Brexer, Mayk Kleyber, Leonardo Sançez, Alen Nef, Vinisius Freytas, Jil Yapi, Anto Qrqiç, Sanyon Sarr, Maksim Domingez, Kevin Bua, Frank Etundidən ibarət start heyət buraxıb.
"Miracle” otelinin meydanında keçirilən görüş 1 dəqiqəlik sükutla başlayıb. 20 Yanvar şəhidlərinin xatirəsini yad edən komandalar matça qarşılıqlı hücumlarla start verib. İlk yarının ortalarında isə hesab açılıb. Vadim Abdullayev "Qəbələ”nin hücumunu qolla tamamlayıb – 1:0. Buraxılan qoldan sonra isveçrəlilər bir müddət fəallığı artırıb, üstünlüyə yiyələnsə də, "qırmızı-qaralar”ın müdafiə xətti etibarlı oynayıb. Hissənin gedişində oyunda tarazlıq yaradan "Qəbələ” rəqib qapısına hücumları artırmağa müvəffəq olub.
Matçın gedişində Qriqorçuk da bəzi oyunçu dəyişikliklərindən yararlanıb. Pavel Paşayev Mirzəbəyovu, Vitali Vernidub Stankoviçi, Ürfan Abbasov Daşdəmirovu, Rikardinyo Qayı, Samir Zərgərov Zetsi, Aleksey Antonov Zenyovu, Andrey Popoviç Bezotosnını, Rəşad Sadiqov Eyyubovu, Roman Hüseynov isə Sadiqovu, Qismət Alıyev Abdullayevi, Asif Məmmədov Dodonu, Yusif Nəbiyev Santosu əvəzləyib. Rəqibin heyətində isə fasilədən sonra Brexeri Novem Bauman, Domingezi Vasiliye Yanjiçiçlə əvəzləyib.
İkinci hissəyə sürixlilər nisbətən fəal başlasa da, "Qəbələ” üstünlüyü ələ almağı bacarıb. Hücumları daha kəsərli olan "qırmızı-qaralar" rəqib qapısına ardıcıl həmlələr təşkil edib. Matçın sonlarında isə 8 dəqiqə ərzində daha 3 qol vurulub. Hər üç qolu meydana sonradan daxil olan futbolçular rəqib qapısından keçirib. Əvvəl Aleksey Antonov 2 dəqiqəlik fasilə ilə dublunu rəsmiləşdirib. Ardınca isə Samir Zərgərov hesabı 4:0-a çatdırıb. Bundan sonra "Qəbələ"nin səylərinə baxmayaraq, hesab dəyişməyib.
Beləliklə, "Sürix”i 4:0 hesabı ilə məğlub edən "Qəbələ” Antalya toplanışında ilk qələbəsini qazanıb.
Qeyd edək ki, ilk oyununda Almaniya "Osnabryuk”unu yenmək mümkün olmamışdı – 1:1.
Yoxlama oyunu
20 yanvar
19:00. "Qəbələ” – "Sürix” (İsveçrə) - 4:0
Qol: Vadim Abdullayev, 20. Aleksey Antonov, 73; 75. Samir Zərgərov, 80
"Qəbələ”: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Sergey Zenyov, Ermin Zets, Dodo
"Miracle” otelinin stadionu