Çili milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, Çili Futbol Federasiyası 55 yaşlı mütəxəssislə müqaviləni pozub.
Tərəflər Sampaolinin istəyilə yollarını ayırıblar.
Qeyd edək ki, Xorxe Sampaoli Çili yığmasında 2012-ci ildən çalışırdı. Onun rəhbərliyi altında 2015-ci ildə Amerika Kuboku qazanılmışdı.