1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki bu dəfə "Sumqayıt"a baxmadı
Türkiyənin Antalya bölgəsində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki daha 4 oyunu izləyib. Sportnet.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "İnter” – "Slovan” (Bratislava, Slovakiya), "Zirə” – "Optik” (Almaniya), "Qarabağ” – "Diosgyor” (Macarıstan) və "Qəbələ” – "Sürix” (İsveçrə) oyunlarına baxıb.
Onunla birgə köməkçiləri Qordan Tsipriç və Draqan Spasiç də olub. Ötən gün "Sumqayıt"ın Rumıniya "Voluntari"si ilə keçirdiyi görüşdə isə onlar iştirak etməyiblər. Amma məşqçilər "gənclik şəhəri" təmsilçisinin yanvarın 18-də Qazaxıstan "Akjayık"ını 1:0 hesabı ilə yendiyi görüşü izləyiblər.
Qeyd edək ki, Robert Prosineçki və köməkçiləri Antalyada Azərbaycan Premyer Liqası klublarının əvvəlki yoxlama oyunlarını da izləyiblər.