Azərbaycan Premyer Liqasının XIX turunda "İnter"i qəbul edəcək "Zirə" tam heyətlə hazırlaşa bilmir. Klubdan Sportnet.az-a verilən məlumata görə, heyətdə bir zədəli futboçlu var.
Braziliyalı yarımmüdafiəçi Dieqo Qusmao zədə səbəbindən komandaya qoşula bilmir. Lakin baş məşqçi Adil Şükürov yarımmüdafiəçilər Təmkin Xəlilzadə və Tərzin Cahangirovun xidmətindən yararlana biləcək. Hər iki futbolçu zədəsini sağaldaraq komandaya qayıdıb.
Qeyd edək ki, "Zirə" mövsümün ikinci yarısında ilk oyununu yanvarın 31-də keçirəcək. Zirə İdman Kompleksinin stadionunda keçirilək matç saat 17:30-da start götürəcək.