1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hafiz Məmmədov "Atletiko"dan pulunu istəyir
İspaniyanın "Atletiko" klubu azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransa "Lans"ını almayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Madrid təmsilçisinin prezidenti Enrike Sereso açıqlama verib.
O, belə bir səbəb göstərib: "Lans" mənim dostumundur. Biz bu klubu almayacağıq, amma nə qədər lazımdırsa, kömək edəcəyik".
FİFA qaydalarına əsasən, eyni şəxsin bir neçə kluba sahiblik etməsi qadağandır. Keçmiş SSRİ-dən olan maqnatların, məsələn, Roman Abramoviçin 2 klubda İngiltərənin "Çelsi" və Rusiyanın MOİK klublarında payı var. Amma o, "hərbçilər"ə birbaşa rəhbərlik etmir.
Fransanın RMC radiosu isə xəbər verir ki, azərbaycanlı iş adamı "Atletiko"da işlərin yaxşı getmədiyi vaxt kluba kredit verib. İndi həmin borcun bir hissəsini Madrid təmsilçisinin baş direktoru Migel Anxel Hil Marinin "Lans"ın ehtiyaclarına ödəməsi təklif olunacaq. Hər iki şəxs arasında sıx münasibətlər mövcuddur. Məhz Məmmədovun maddi dəstəyi nəticəsində "Atletiko" son illər bir sıra titul və mükafatların sahibi olub. İndi isə ona məxsus "Bank of Azerbaijan"ın lisenziyasının Azərbaycan Beynəlxalq Bankı tərəfindən alınmasından sonra azərbaycanlı maqnat pul vəsaitlərini toplayaraq, əmlakına sahib olmaq istəyir.
İstənilən halda, "Atletiko" çoxdandır yaxşı münasibətdə olduğu "Lans"ı bəd ayaqda qoymayacaq. Madrid klubunun rəsmiləri Fransa təmsilçisinin düşərgəsində olub və perspektivli futbolçuları müəyyən pul qarşılığında heyətinə cəlb etməyə qərar verib. Bu isə "Lans"ın çətin vəziyyətdən çıxmasına kömək edəcək.
Qeyd edək ki, Hafiz Məmmədovun "Atletiko"ya 20 milyon avro ödədiyi bildirilir.