"Qəbələ”nin qapıçısı Andrey Popoviçin müsahibəsi...
- Antalya toplanışı necə keçdi?
- Təlim-məşq toplanışı yaxşı keçdi. Gündəlik məşqlər etdik. Yoxlama oyunlarında gücümüzü sınadıq. Hazırlıq prosesinin yaxşı alındığını söyləyə bilərəm.
- Amma III dövrənin ilk turunda "Kəpəz”ə uduzduz...
- Oyun haqda nə deyim? Məğlub olduq və bu, çox pis haldı. Yaxşı oynamadığımızı düşünürəm.
- Məğlubiyyətin səbəbini nədə görürsən?
- Konkret səbəb göstərmək çətindi. Bir tərəfdən oyunumuza meydançanın durumu təsir göstərdi. Digər tərəfdən də komanda olaraq pis oynadıq.
- Çoxları məğlubiyyətdə sənin böyük "pay”ın olduğunu deyir. Razısan bununla?
- Səhvlərim oldu, bununla razıyam. Bu cür səhvlər buraxdığım üçün özüm də çox məyusam. Mən də istəməzdim ki. belə olsun. Komandama daim kömək etməyi arzulayıram.
- Həm ikinci, həm də üçüncü qolda səhv etdiyini qəbul edirsən?
- Çoxlarının məni tənqid etdiyini bilirəm. Danmıram, səhvlərim oldu. Özüm də bu haqda düşünürəm. Yenə deyirəm, etdiyim səhvlərə görə çox məyusam.
- Səhvlərin səbəbini nədə görürsən?
- Bu suala dəqiq cavab verə bilməyəcəm. Çünki niyə belə alındığını bilmirəm. Amma futbolda bəzən belə uğursuzluqlarla üzləşirsən. Çox məyusam.
- "Kəpəz”lə oyunda buraxdığın səhvlər növbəti görüşlərdə üzərində təzyiq yaratmayacaq?
- Ümid edirəm ki. belə olmayacaq. Hazırkı məqamda əsas olan səhvlərdən nəticə çıxarmaqdı. Ümid edirəm ki, bir də belə hal təkrarlanmayacaq
(futbolxeber.az).